Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçirilib
Gürcüstanın paytaxtı Tbilisi şəhərində hazırda həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.
Şəffaflıq.az xəbər verir ki, aksiya müxalif Vahid Milli Hərəkat partiyası tərəfindən təşkil edilib.
Aksiyaya görə mərkəzi Rustaveli prospektində maşınların hərəkəti məhdudlaşdırılıb.
Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.
Xəbəri paylaş
Facebook-da paylaş