Əsas Səhifə > Digər > Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçirilib

Saakaşvilinin azad edilməsi tələbi ilə aksiya keçirilib


21-12-2021, 23:08

 

Gürcüstanın paytaxtı Tbilisi şəhərində hazırda həbsdə olan sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buraxılması tələbi ilə aksiya keçirilib.

Şəffaflıq.az xəbər verir ki, aksiya müxalif Vahid Milli Hərəkat partiyası tərəfindən təşkil edilib.

Aksiyaya görə mərkəzi Rustaveli prospektində maşınların hərəkəti məhdudlaşdırılıb.

Xatırladaq ki, Saakaşvili oktyabrın 1-də Tbilisidə qaldığı mənzildə həbs edilib.

Geri qayıt