Ramil Usubov Azərbaycan və Türkiyənin təhlükəsizlik sahəsindəki əməkdaşlığından danışıb
Şəffaflıq.az xəbər verir ki, bunu Azərbaycan Təhlükəsizlik Şurasının katibi, general-polkovnik Ramil Usubov rəsmi mətbuata müsahibəsində deyib.
O qeyd edib ki, səfər müddətində Şuşa Bəyannaməsinin imzalanması ilə ölkə arasındakı əməkdaşlıq münasibətlərində yeni səhifənin açıldığı, sənədin müddəalarından irəli gələn öhdəliklərin həyata keçirilməsi sahəsində vəziyyət və perspektivlər barədə geniş müzakirələr aparılıb: "Bütün görüşlərdə dost və qardaş ölkələrimiz arasında siyasi, iqtisadi, hüquqi və təhlükəsizlik sahələrində əlaqələrin ən yüksək səviyyədə olduğu, regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət etdiyi vurğulandı. Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın qardaşlıq, dostluq münasibətlərinin hər iki dövlət arasında əməkdaşlığa böyük töhfələr verdiyi ortaq qənaətimiz idi".
Facebook-da paylaş