Azərbaycanda təcili yardım şöbələrində müdaxilə otaqları yaradılıb
Şəffaflıq.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin (KTM) direktoru Könül Ələkbərov “TƏBİB məsləhəti” verilişində deyib.
O qeyd edib ki, hazırda bəzi xəstəxana binalarının quruluşu təcili yardımla bağlı icbari tibbi sığortanın tətbiqinə imkan vermir: “Bunun gələcəkdə çarpayı sayına görə müəyyənləşməsi, eləcə də müşahidə çarpayılarının ümumi çarpayı fonduna görə standartları olacaq. Artıq keçən ildən başlayaraq TƏBİB-in müəyyən departamenti xəstəxanalarda keyfiyyət standartlarının yaradılması üçün fəaliyyət göstərir”.
Facebook-da paylaş