"Təcili yardım maşını çağıranda gözləmə müddəti yoxdur və ödəniş edilmir" - Agentlik

 

İcbari tibbi sığorta təminatında gözləmə müddətinin şərtləri açıqlanıb.

Şəffaflıq.az report-a istinadən xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva gözləmə müddətinin icbari tibbi sığorta təminatına daxil olan tibbi xidmətlərin növündən və vətəndaşın vəziyyətindən asılı olaraq hər hansı bir tibbi xidmətin göstərilməsi üçün maksimal müddət olduğunu deyib.

O bildirib ki, ambulator xidmət 14 gün ərzində təşkil edilməlidir: "Planda stasionar tibbi xidmət 20 gün ərzində təqdim edilməlidir. Təcili tibbi və təxirəsalınmaz yardım isə dərhal vətəndaşa təqdim edilməlidir. Əgər belə hal yaransa müştərək maliyyələşmə məbləği ödənilmir. Təcili yardım maşını çağıran zaman gözləmə müddəti tətbiq edilmir".

S.Quliyeva qeyd edib ki, xidmətlər zərfinə daxil olan xidmətlərin sayı ildən ilə mütəmadi şəkildə təkmilləşdiriləcək: "Bu da statistik göstəricilər və daxil olan müraciətlər əsasında vətəndaşların istifadəsinə təqdim olunacaq".

Agentlik rəsmisi vurğulayıb ki, əhalinin tibbi yardım almasını təmin edən xidmətlər zərfinə 2550 xidmət daxildir: "Xidmətlərin böyük hissəsi stasionar terapektik, cərrahiyyə və ambulator xidmətlərdir. Əgər vətəndaş ailə həkiminə müraciət etmədən qeydiyyatda olduğu tibb müəssisəsinə birbaşa ixtisaslı yardım almaq üçün müraciət edərsə, onda müştərək maliyyələşmə məbləği ödəməlidir. Ailə həkiminin göndərişi olmadan yalnız hamilə qadınların ixtisaslı həkimlərə müraciət etməsinə icazə verilir".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}