Dünyanın ən bahalı parkinqi olan şəhərlərinin adları açıqlanıb

 

Dünyanın ən bahalı ödənişli dayanacağı Londonda yerləşir. Avtomobili bu şəhərdə bir saata park etmək təxminən 11,3 dollara (19,2 manat) başa gəlir.

Bu, "picodi.com" portalının ekspertləri tərəfindən aparılan araşdırmalardan sonra məlum olub.

Siyahıda bundan sonra bir saatlıq parkinq üçün müvafiq olaraq 8,57 dollar (14,56 manat) və 8,55 dollar (14,53 manat) ödəniş olan Norveçin paytaxtı Oslo və Niderlandın paytaxtı Amsterdam gəlir.

Paris (6,84 dollar/11,62 manat), Sürix (6,51 dollar/11,06 manat), Kopenhagen (5,98 dollar/10,16 manat), Riqa (5,7 dollar/9,69 manat) və Stokholmda (5,65 dollar/9,6 manat) parkinq yeddi dollardan (11,9 manat) azdır.

Analitiklərin sözlərinə görə, daha ucuz parkinqlərə mərkəzdən uzaq ərazilərdə də rast gəlmək olar.

Lissabon, Roma, Buenos-Ayres, Mexiko, Tirana və Skopye kimi şəhərlərdə yerli sakinlər avtomobilləri evlərinin yaxınlığında pulsuz park edə bilirlər.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}