Ötən gün toylara görə 7 nəfər cərimələnib, 1 nəfərə cinayət işi açılıb
DİN-in Mətbuat Xidmətindən Şəffaflıq.az-a verilən məlumata görə, monitorinq 160 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.
Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə, 7 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 1 şadlıq sarayının sahibi barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb, 104 nəfər COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.
Facebook-da paylaş