"Yalanların və dezinformasiyaların sürətlə yayıldığını görürük" - Ərdoğan

“Strateji kommunikasiya fəaliyyətlərinin əhəmiyyəti günü-gündən artır. Xüsusilə sosial media kanallarının yayılması ilə yalanların və dezinformasiyaların sürətlə yayıldığını görürük.
Bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbul şəhərində keçirilən 21-ci Beynəlxalq Strateji Kommunikasiya Forumuna videomüraciətində bildirib.
Onun sözlərinə görə, təsirli nəzarət mexanizminin olmadığı bu kanallardan bu cür xəbərlərin yayılması səbəbindən milyonlarla insanın həyatı məhv olur.
“Meydana çıxdığı ilk günlərdə azadlığın simvolu kimi tanınan sosial media demokratiya üçün əsas təhlükə mənbələrindən birinə çevrilib. Dünyanın bizim kimi inkişaf etmiş demokratiyaları artan rəqəmsal faşizm və saxta xəbərlər qarşısında sayıqlığını qoruyur. Hazırda dezinformasiya sadəcə milli təhlükəsizlik problemindən kənara çıxıb və qlobal təhlükəsizlik probleminə çevrilib. Bu baxımdan ictimaiyyəti birbaşa məlumatlandırmaq, dezinformasiya və təbliğata qarşı həqiqət çərçivəsində mübarizə aparmaq vacibdir. Biz vətəndaşlarımızı yalan və dezinformasiyadan qorumağa çalışırıq. Həqiqətlərin üstünün yalanlarla örtülməsinə qətiyyən icazə verməyəcəyik”, - deyə o, bildirib.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}