Vladimir Putin Co Baydenlə videokonfransa başlayır

 Liderlərin Ukrayna ətrafındakı vəziyyəti və NATO-nun şərqə doğru genişlənməsini, həmçinin strateji sabitlik və ikitərəfli gündəliyi müzakirə edəcəyi gözlənilir.
Şəffaflıq.az TASS-a  istinadən xəbər verir ki,Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Co Bayden videokonfrans formatında keçirilən ikitərəfli danışıqlara başlayıb.
Liderlərin Ukrayna ətrafındakı vəziyyəti və NATO-nun şərqə doğru genişlənməsini, həmçinin strateji sabitlik və ikitərəfli gündəliyi müzakirə edəcəyi gözlənilir. Onlar həmçinin regional təhlükəsizliklə bağlı bəzi məsələlərə, o cümlədən Əfqanıstandakı vəziyyətə toxuna bilərlər.
Kremlin sözçüsü Dmitri Peskovun sözlərinə görə, söhbət bir qədər vaxt apara bilər. Konfransın "nə qədər" davam edəcəyini söyləyən sözçü, bu cür söhbətlərin dəqiq vaxtının olmadığını əlavə etdi.
Putin həmkarı ilə Yeni Dehli səfərindən sonra gəldiyi Soçi iqamətgahından əlaqə saxlayıb.
Söhbət milli liderlərin ünsiyyəti üçün nəzərdə tutulmuş təhlükəsizlik video-konfrans xəttində baş verir. Bu sistem ilk dəfədir istifadə olunur. Kremlin sözlərinə görə, bu xətt ABŞ-ın əvvəlki administrasiyaları dövründə yaradılıb, lakin bu günə qədər fəaliyyətsiz olub.
Bugünkü konfrans Putin və Baydenin prezident postunu tutmasından sonra beşinci söhbətidir. Bundan əvvəl iki lider arasında üç telefon danışığı olub və bu ilin iyununda Cenevrədə şəxsən görüşüblər. Cenevrə sammiti 2018-ci ildən bəri ilk Rusiya-ABŞ sammiti olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}