Aİ rəsmisi Azərbaycanın təhsil naziri ilə danışıqlar aparıb
Azərbaycanın Respublikasının təhsil naziri Emin Əmrullayev Avropa İttifaqının (Aİ) Azərbaycan üzrə Nümayəndəliyinin Səfiri Peter Mixalko ilə görüşüb.
Şəffaflıq.az-ın məlumatına görə, bu barədə E.Əmrullayev özünün tviterdəki səhifəsində bildirib.
Görüşdə nazirliklə Aİ arasında təhsil sahəsində əməkdaşlıq diqqət mərkəzində olub.
“Bu gün biz Aİ-nin Azərbaycandakı nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri cənab Peter Mixalko ilə görüşdük. Görüş zamanı Təhsil Nazirliyi ilə Avropa İttifaqı arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub”, - nazir qeyd edib.
Xəbəri paylaş
Facebook-da paylaş