SON DƏQİQƏ: Bakıda mikroavtobus yük avtomobili ilə toqquşdu, yaralılar var

 Bakının Qaradağ rayonu ərazisində (Sahil qəsəbəsinə çatmamış, "NUR" marketin yanında) ağır yol qəzası baş verib.
Qəza zamanı mikroavtobus yük avtomobili ilə toqquşub.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Əbubəkirovun "Report"a verdiyi məlumata görə, "təcili yardım"a çağırış saat 7.42 də daxil olub.
"Hadisə yerinə altı təcili tibbi yardım briqadası yollanıb. Qəza nəticəsində xəsarət alan 6 nəfər KTM-ə çatdırılıb. Həkimlərin bildirdiyinə görə, yaralılardan 2-nin vəziyyəti ağırdır, 4-nün vəziyyəti orta ağır", - deyə o bildirib (Report).

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}