PA rəsmisi: "Ermənistanda azərbaycanlılara məxsus 2000 toponim dəyişdirilib, 850 bina dağıdılıb"
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov "Böyük Qayıdış: Mədəniyyətin dirçəlişi" konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ermənilərin törətdikləri dünyada görülməyən vəhşiklərdir: "Onlar Azərbaycan mədəniyyətinin bütün izlərini silmək istəyirlər. Dağıntıların şəkillərini çəkmək və saxlamaq lazımdır. Çünki orada bərpa işləri aparılacaq və dağıntılar qalmayacaq".
"Hazırda döyüşlərdən də ağır informasiya savaşı gedir. Ermənilərin etdiyini dünyaya göstərmək lazımdır", - F.Axundov bildirib.
Facebook-da paylaş