Azərbaycan Voronejdən süd məhsulları idxal edib

 Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") Voronej, Belqorod və Lipetsk vilayətləri üzrə idarəsinin nəzarəti altında ötən həftə Voronejdən 240 partiyadan çox heyvandarlıq məhsulu ixrac edilib.
Şəffaflıq.az bu barədə "Rosselxoznadzor"a istinadən xəbər verir.
Məlumata görə, bu dövrdə Ukraynaya 32 ton kolbasa məmulatı və 1 tondan çox ət konservi, Çinə 50 ton mal əti, Latviya, Fransa, Ukraynaya 10 min 138 ton günəbaxan unu, soya unu və yem əlavələri, həmçinin Azərbaycan, Gürcüstan, Tacikistan, Özbəkistan və Ukraynaya süd məhsulları (yağ, xama, sprey və s.) göndərilib.
Bütün mallar "Rosselxoznadzor"un mütəxəssislərinin yoxlamasından keçib və idxalçı ölkələrin tələblərinə uyğun olub.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}