Milli Məclisin Aparat rəhbəri "Ali təhsil haqqında" yeni qanun layihəsindən danışıb
"Yeni çağırışlar təhsil sahəsində qarşıya yeni tələblər qoyur. Əsas məqsədimiz Azərbaycan təhsilinin dünya və Avropa standartlarına uyğunlaşdırılması və təkmilləşdirilməsidir".
Şəffafıq.az-ın xəbərinə görə, bunu Milli Məclisin Aparat rəhbəri Səfa Mirzəyev parlamentin Elm və təhsil komitəsi yanında İşçi Qrup tərəfindən hazırlanan "Ali təhsil haqqında" yeni qanun layihəsinin müzakirəsi zamanı deyib.
İşçi qrupun hazırladığı qanun layihəsinin yüksək səviyyədə olduğunu qeyd edən Aparat rəhbəri təkliflərin nəzərə alınmasını məqsədəuyğun hesab edib.
S.Mirzəyevin fikrincə, əsas məsələ yeni layihənin dövrün tələblərinə cavab verməsidir.
Xəbəri paylaş
Facebook-da paylaş