Azərbaycanlı tələbələr Bundestaqın təqaüd proqramında iştirak edə biləcəklər
Şəffaflıq.az xəbər verir ki, bu gün Kronenberq Azərbaycan Dillər Universitetində (ADU) görüş keçirib.
“Şadam ki, Azərbaycanda bu qədər tələbə bu proqramla maraqlanır”, - deputat bildirib və əlavə edib ki, IPS proqramı xarici tələbələrə Almaniya parlamentində təcrübə keçməklə onunla tanış olmaq imkanı verir.
Kronenberq qeyd edib ki, Azərbaycana gəldikdən dərhal sonra bu ölkənin tolerantlığını və mədəni müxtəlifliyini hiss edib. Onun sözlərinə görə, Azərbaycan mədəni ənənələri qayğıyla qoruyub saxlamağa nail olur.
Qeyd edək ki, görüşdə ADU rektoru Kamal Abdulla da iştirak edib.
Tam olaraq Bundestaqın maliyyələşdirdiyi IPS proqramı çərçivəsində 44 ölkədən 120 təqaüdçü 2022-ci il martın 1-dən iyulun 31-dək Almaniyanın parlament sistemi ilə tanış ola biləcək.
Facebook-da paylaş