Nazir Ceyhun Bayramov Türkiyəni təbrik edib
Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin 29 oktyabr - Respublika Günü münasibəti ilə paylaşım edib.
Şəffaflıq.az xəbər verir ki, nazir rəsmi tviter səhifəsində:
"Bu gün Türkiyə Cümhuriyyətinin qurulmasının 98-ci ildönümüdür. Bu özəl və əlamətdar gündə qardaş Türkiyəni ürəkdən təbrik edir və hər zaman var olmasını diləyirik. İstiqlal mücadiləsində canından keçmiş bütün şəhidlərimizi dərin ehtiramla yad edirik", - deyə qeyd edib.
Facebook-da paylaş