Azərbaycanda daha bir məktəb distant təhsilə keçib
Azərbaycanda daha bir məktəbdə dərslər COVID-19-a görə dayandırılıb. Oğuz rayonunun Bayan kənd tam orta məktəbi bu gündən distant təhsilə keçib.
Şəffaflıq.az-ın məlumatına görə, məktəbin 5 müəllimi və 21 şagirdində koronavirus aşkarlanıb. Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov bildirib ki,bu səbəbdən dərslər oktyabrın 22-dən iki həftə müddətində onlayın formada keçiriləcək.
Xəbəri paylaş
Facebook-da paylaş