Qoşqar Təhməzli: "Son 9 ayda 190 nəfər qidadan zəhərlənib, 1 nəfər ölüb"

Bu ilin 9 ayı ərzində “1003 Çağrı Mərkəzi”nə 301 qida zəhərlənməsi ilə müraciət daxil olub. Onlardan 106-da qida zəhərlənməsi kliniki təsdiqini tapıb.
Şəffaflıq.az xəbər verir ki, bu fikirləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında çıxışı zamanı deyib.
Onun sözlərinə görə, 190 nəfərin qida zəhərlənməsinə məruz qaldığı təsdiqini tapıb: "Zəhərlənmələr nəticəsində bir nəfər dünyasını dəyişib".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}