Yunanıstanda 6,3 bal gücündə zəlzələ olub

 Yunanıstanın Kirit adasında 6,3 bal gücündə zəlzələ baş verib.

Şəffaflıq.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Bildirilib ki, yeraltı təkanlar Türkiyənin Muğla, Antalya və İzmir bölgələrində də hiss edilib.

Zəlzələnin ocağı 10 km dərinlikdə yerləşib. Yeraltı təkanlar nəticəsində ölən və dağıntıların olub-olmadığı hələ bilinmir.


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}