YER KÜRƏSİ HƏYƏCAN TƏBİLİ ÇALIR: təbii resurslar sürətlə tükənir, planet əhalisi böyük köçə məcbur olacaq – Araşdırma


 


Hər gün gözümüzün qabağından yüzlərlə xəbər şütüyür. İqlimin dəyişilməsi və kürəsəl istiləşmə haqda bütün dünyanın xəbər agentliklərindən məlumatlar gəlir, məruzələr dərc olunur.
Yer kürəsi həyəcan təbili çalır. Həm də elə belə deyil. Bu mənzərə zarafatlıq deyil.
Qaranlıq mənzərə
Kopernik” proqramı iqlim dəyişikliyi xidmətinin Avropa Birliyi üçün hazırladığı məruzəyə əsasən, ötən ay meteomüşahidələr tarixində bütün Avropada ən isti iyun kimi tarixə düşüb. İstilik göstəriciləri mövsümi normaları, ortalama, iki dərəcə aşıb. Türkiyə isə son 48 ildə ən isti iyun görüb.
Oxşar durum dünyanın əhalicə ikinci ən sıx ölkəsi Hindistanda olub. Paytaxt Nyu-Dehlidə iyunda termometrin sütunu 48 dərəcəyədək qalxıb. Racastan ştatının Çuru şəhərində rekord vurulub: havanın istiliyi 50,6 dərəcə olub. 21 böyük şəhərdə yeraltı su ehtiyatı, demək olar, tükənib. Tədbir görülməsə, yüz minlərlə insan köç etməli olacaq.
Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Əmək Təşkilatının məlumatına görə, yüksək istilik bütün dünyada əməyin məhsuldarlığına da məınfi təsir edir. Yüksək hərarət üzündən 2030-cu ilə doğru 80 milyon iş yerini itirmək ekvivalentində məhsuldarlığın azalması baş verəcək. Ehtimal olunur ki, bundan kənd təsərrüfatı və tikinti sahələri daha çox ziyan çəkəcək.
Resursları artıq tükədiblər
Daha bir məlumat Türkiyədəndir. Dünyanın təbii resurslarının tükənişi ilə bağlı məlumatlar hər il dərc olunur. Hesablanıb ki, dünya əhalisi Yer kürəsinin il boyunca istehsal etməyə qabil olduğu təbii resursları bu il iyulun 29-da doğru işlədib qurtaracaq. Türkiyə isə bu həddi iyunun 27-də keçib.
Ümumdünya yabanı təbiət fondunun məlumatına görə, ölkəmiz bu il resursları bütünlükdə dünyadan 32 gün tez tükədib və 2020-ci ildən borc etməyə başlayıb. Türkiyə limiti qalan dünyadansa 21 gün qabaq, 2018-ci il iyulun 11-də keçib. Bu isə nəzərdə tutur ki, resursları getdikcə daha sürətlə işlədirik.
Hərəkət etməyin vaxtıdır
Dünyanın müxtəlif hissələrindən tufan, qasırğa, dolu, sel, torpaq sürüşmələri haqda xəbərlər götərir ki, iqlim dəyişilir. Fövqəladə, ya da ekstremal xarakterli metereoloji hadisələr getdikcə daha tez-tez müşahidə olunur. Dünya isə tədbir görməyə tələsmir. Bu yaxınlarda G-20-nin Yaponiyadakı sammitində ABŞ-dan savayı iştirakçı ölkələrin hamısı iqlim üzrə 2015-ci il Paris sazişinin məqsədlərini yerinə yetirməyə tərəfdar olduğunu növbəti dəfə ifadə edib. Lakin bu məqsədlərə praktikada nail olmaq mümkün olacaqmı – bəlli deyil.
Ölkələr Paris sazişi çərçivəsində havanın istiliyinin artmını iki və hətta imkan daxilində biryarım dərəcədən aşağı saxlamağa razılaşıb. Amma Fransanın “Frans Press” agentliyinin (AFR) bu yaxında dərc edilmiş məlumatına əsasən, dünyanın sıxılmış təbii qaza iştahası üzündən, ehtimal ki, bu məqsədlərə yetmək mümkün olmayacaq. İqlim dəyişikliyi üzrə Hökumətlərarası ekspert qrupuna əsasən, havanın istiliyinin artımını dayandırmaq üçün təbii qaz daxil olmaqla yer təkindən çıxarılan yanacaqları işlətməyi xeyli azaltmaq gərəkdir.
Doymaq bilməyən istehlak həvəsi
Yəqin ki, əhali artımı, sənayeləşmə və istehlaka yönəlmiş iqtisadi modellər dünyanı dəyişməyə və yeni modellər hazırlamağa vadar edər. İqlim dəyişikliyinin yoxsul ölkələrə daha çox toxunduğu bir vaxtda doyumaq bilməyən istehlak həvəsi ciddi xəstəliklər törədəcək.
Külək və Günəşdən istifadə edərək yenilənən enerji qaynaqlarının yayılması kürəsəl istiləşməyə əks-təsir üçün ən cəlbedici alternativ kimi ön plana çıxır. Əslində, “yenilənən” sözü yeni dönəmin ən mühüm anlayışı statusuna namizəddir. Görünür, geyimdən kosmetikaya, uşaq oyuncaqlarından dəftərxana mallarına, mebeldən məişət texnikasına qədər ikinci emal məhsulu təkcə energetikada deyil, həm də bir çox başqa sahələrdə yeni dönəmin yüksələn əsas dəyişim axını olacaq.
Cəmiyyətdə evdən məktəbə, özəl biznesdən dövləti yönəltməyə qədər bütün səviyyələrdə ekoloji şüurun inkişafna həssaslıq göstərməyin vaxtı çatıb.
Həyəcan siqnalı hamımız üçün səslənir.
Nilgün Tekfidan Gümüş
Hürriyet (Türkiyə), 05.07.2019
Tərcümə Strateq.az-ındır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}