Ukraynada 4,3 bal gücündə zəlzələ olub
Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət Mərkəzi mətbuat xidməti bildirib.
Məlumata görə, zəlzələ vilayətin Çertkov şəhərində 6 km dərinlikdə baş verib. Bildirilib ki, sonuncu dəfə belə gücdə zəlzələ 2002-ci ildə qeydə alınıb.
Ukrayna Fövqəladə Hallar Nazirliyi yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olmadığını bildirib.
Xəbəri paylaş
Facebook-da paylaş