Əsas Səhifə > Dünya > Ukraynada 4,3 bal gücündə zəlzələ olub

Ukraynada 4,3 bal gücündə zəlzələ olub


23-09-2021, 14:40
Ukraynanın Ternopol vilayətində 4,3 bal gücündə zəlzələ olub.
Şəffaflıq.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Nəzarət Mərkəzi mətbuat xidməti bildirib.
Məlumata görə, zəlzələ vilayətin Çertkov şəhərində 6 km dərinlikdə baş verib. Bildirilib ki, sonuncu dəfə belə gücdə zəlzələ 2002-ci ildə qeydə alınıb.
Ukrayna Fövqəladə Hallar Nazirliyi yeraltı təkanlar nəticəsində itki, xəsarət alan və dağıntının olmadığını bildirib.

Geri qayıt