Peyvənd vurdurmayan müəllimlərə maaş verilməyəcək? - RƏSMİ CAVAB
Şəffaflıq.az Reporta istinadən xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev deyib. O qeyd edib ki, qərar qəbul edildikdən sonra ətraflı məlumat veriləcək: “Xatırladım ki, əks göstəriş və immun sertifikatı olmayan işçilər məktəblərə buraxılmayacaq. Bəzi müəssisələrdə peyvəndlənmə icbaridir. Çünki burada insanlar böyük kütləylə işləyirlər. Hesab edirik ki, təhsil müəssisələri də bu siyahıya aiddir. Nəzərə alaq ki, təhsil işçilərinin böyük əksəriyyəti yaşlı insanlardır. Onların sağlamlıqlarını düşünürək bu qərarı vermişik”.
Facebook-da paylaş