Rusiyanın dövlət satınalmaları üzrə saytı səhvini düzəldib
Rusiya Federasiyasının dövlət satınalma üzrə rəsmi saytında "Dağlıq Qarabağ Respublikası" göstərilməsi ilə bağlı yol verilən səhv aradan qaldırılıb.
"Report"un Rusiya bürosunun məlumatına görə, saytda Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələrinin hərbi şəhərciyində xidmət üçün tenderin elan olunduğu ərazi Rusiya Federasiyası ərazisindən kənarda yerləşən ərazi kimi qeyd olunub.
Həmçinin, "Müqavilənin şərtləri" bölməsində təyinat kimi Azərbaycan respublikası qeyd olunub. Əvvəl sənəddə mövcud olmayan "Dağlıq Qarabağ Respublikası" qeyd olunmuşdu.
Xəbəri paylaş
Facebook-da paylaş