Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.

 Tanınmış italiyalı aktyor Nino Kastelnuovo 84 yaşında dünyasını dəyişib.
Şəffaflıq.az TASS-a istinadən xəbər verir ki, aktyor uzun sürən xəstəlikdən sonra Romada vəfat edib.
N.Kastelnuovo 28 oktyabr 1936-cı ildə Lekkoda anadan olub. Uzun müddət televiziyada çalışıb və bir çox filmlərdə rol alıb. Onun ən sevilən çıxışı 1964-cü ildə çəkildiyi "Şerburq çətirləri" (The Umbrellas of Cherbourg) musiqili filmində olub.
Qeyd edək ki, aktyor qlaukoma (yüksək göz təzyiqi) xəstəliyindən əziyyət çəkirdi.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}