ABŞ vətəndaşlarına daha 1 il KXDR-ə səfər etmək qadağan olunub

 ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarının Şimali Koreyaya səfərlərinə qoyulmuş qadağanın müddətini daha 1 il müddətinə uzadıb.
Şəffaflıq.az xəbər verir ki, bu barədə "Associated Press" agentliyi bildirib.
"Dövlət Departamenti müəyyən edib ki, ABŞ vətəndaşları üçün əvvəlki kimi fiziki təhlükəsizliyə bilavasitə təhlükə törədən həbs və uzun müddətli saxlanılma ilə bağlı ciddi risk mövcuddur", - Dövlət Departamentinin ABŞ Federal hokümətinin rəsmi jurnalının saytında dərc edilmiş xəbərdarlığında deyilir.
Buna müvafiq olaraq, Koreya Xalq Demokratik Respublikasına (KXDR) bütün ABŞ pasportları bu səfər üçün xüsusi olaraq təsdiqlənmədikcə etibarsız sayılır.
Qeyd edilir ki, əgər ABŞ Dövlət Departamenti tərəfindən uzadılmasa və ya ləğv edilməsə, Koreya Xalq Demokratik Respublikasında səfərlərə məhdudiyyətin müddəti 31 avqust 2022-ci ildə başa çatacaq.
Xatırladaq ki, ABŞ vətəndaşlarının KXDR-ə gedişinə qadağa ilk dəfə amerikalı tələbə Otto Uormbierin 2017-ci ildə Şimali Koreyada həbsi zamanı xəstələnməsindən və vətənə qayıtdıqdan az sonra ölümündən sonra Birləşmiş Ştatların o zamankı dövlət katibi Reks Tillerson tərəfindən tətbiq edilib.“Report”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}