Rusiyadan Ermənistana səfər edənlərin sayı kəskin azalıb
Bu barədə Şəffaflıq.az “News.am”a istinadən xəbər verir. Qeyd edilir ki, bu, 2019-cu illə müqayisədə 80,2 % azdır. Ermənistanın turizm sferasında böhran bu il də davam edir. Məlumata görə, 2021-ci ilin yanvar-iyununda Ermənistana 239 263 turist səfər edib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 22,2 % və ya 68 327 nəfər azdır. “Bu ilin birinci altı ayı ərzində Rusiyadan turistlərin sayı kəskin azalıb. Cari ilin yanvar-iyununda Rusiyadan Ermənistana 93 537 nəfər turist gəlib. Bu, 2020-ci ilin analoji dövrü ilə müqayisədə 22,8 % azdır”, - agentlik vurğulayıb. “Bütovlükdə rəsmi statistika onu göstərir ki, Ermənistanın turizm sferasının bərpası bir neçə il vaxt apara bilər”, - mətbu orqan qeyd edib.
Facebook-da paylaş