Şamaxı rayon Təhsil Şöbəsi yeni uğura imza atmışdır

Belə ki,rayonumuzun 5 müəllimi 8-12 sentyabr tarixində Eytim Yöneticikeri ve Uzmanları  Derneği (EYUDER),TOBB ETÜ Ekonomi ve Teknoloji Üniversitesi ve  Southerin Connecticut State Universitetin birgə təşkilatçılığı ilə Türkiyənin Ankara şəhərində keçiriləcək XII Uluslararası  Eğitim Yönetimi Forumuna dəvət almışlar.
Şəffaflıq.az xəbər verir ki, Türkiyədə təşkil edilən  ən böyük təhsil kongresinə qatılan müəllimlərimiz foruma məqalə göndərmiş və məqalələri komissiya  ekspertləri tərəfindən müsbət qəbul edilmişdir.Kongresə Azərbaycanın müxtəlif şəhər və rayonlarından ümumilikdə 18 nəfər təhsil işçisi qatılacaq ki ,onlardan 5 təhsil işçisi Şamaxı rayonunun müxtəlif ümumtəhsil məktəblərindəndir.8-12  sentyabr tarixlərində forumda əyani iştirak edən müəllimlərimiz bunlardır:
Sabir qəsəbə tam orta məktəbin direktoru Gülnurə Babaşova,
Sabir qəsəbə tam orta məktəbin müəllimi Vəfa Vahidova,
Şamaxı şəhər 2 saylı tam orta məktəbin direktoru müavini Şəfa Hacıyeva,
Şəhər 10 saylı tam orta məktəbin müəllimi Yeganə Şahbazova və
Şərədil kənd tam orta məktəbin müəllimi Zaur Gözəlovdur.
Keçiriləcək forumda iştirak edən bütün müəllimlərimizə uğurlar arzu edirik.







 

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}