Assambleya sədri: "İlham Əliyevin prezidentliyi dövründə Azərbaycanda siyasi sabitlik hökm sürüb, ölkə inkişaf edib"
Şəffaflıq.az-ın xəbərinə görə, bu fikirləri Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olan zaman deyib.
"Cənab Əliyev, mən çox yüksək qiymətləndirirəm ki, Sizin prezidentlik fəaliyyətiniz dövründə Azərbaycanda həm siyasi sabitlik hökm sürmüşdür, həm də Azərbaycan iqtisadi cəhətdən inkişaf etmişdir. Mən çox şadam ki, Sizi belə bir mühüm ildə ziyarət etdim. Çünki bu il sizin müstəqilliyinizin 30 ili tamam olur. Həmçinin növbəti il Azərbaycan ilə Koreya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Mən səkkiz il əvvəl Azərbaycana Milli Assambleyanın sədr müavini vəzifəsində gəlmişdim və Sizinlə görüşmüşdüm. Bu səkkiz il ərzində Bakı çox dəyişib, inkişaf edib. Canlı şahidiyəm ki, Bakını tanımaq olmur. Bakı çox inkişaf edib. Bizim əlaqələrimizin potensialı hazırkı inkişaf səviyyəsindən daha artıqdır", - o vurğulayıb.
Facebook-da paylaş