Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi sentyabrda Bakıya gələcək
Şəffaflıq.az xəbər verir ki, diplomat öz etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim etdikdən sonra vəzifəsinin icrasına başlayacaq. Xatırladaq ki, avqustun 4-də Aİ-nin ali komissarı Jozep Borrel slovakiyalı diplomat Piter Miçalkonun Aİ-nin Azərbaycandakı yeni nümayəndəsi təyin edildiyini açıqlamışdı. O, daha əvvəl Avropa İttifaqının Moldovadakı nümayəndəliyinin rəhbəri, ondan əvvəl isə Slovakiyanın Yunanıstandakı səfiri vəzifəsində çalışıb. Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Piter Miçalko sentyabr ayında Bakıya gələcək.
Xəbəri paylaş
Facebook-da paylaş