Nikol Paşinyan: “Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”
Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib. Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib. “Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - N.Paşinyan söyləyib. “Sərhədlərin demarkasiyası ilə bağlı işlər aktivləşdirilməlidir”.
Xəbəri paylaş
Facebook-da paylaş