Əsas Səhifə > SİYASƏT > Nikol Paşinyan: “Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”

Nikol Paşinyan: “Ermənistan Azərbaycanla danışıqları bərpa etməyə hazırdır”


12-08-2021, 14:38
 “Sərhədlərin demarkasiyası ilə bağlı işlər aktivləşdirilməlidir”.

Ermənistan baş naziri Nikol Paşinyan ölkəsinin Azərbaycanla danışıqları bərpa etməyə hazır olduğunu bəyan edib.

Şəffaflıq.az “TASS”a istinadən xəbər verir ki, o, bunun üçün ATƏT-in Minsk qrupundan konkret təkliflər gözlədiyini bildirib.

“Yerevan regional kommunikasiya xətlərinin açılması üçün Rusiya, Ermənistan və Azərbaycan baş nazir müavinlərindən ibarət üçtərəfli komissiyanın da fəaliyyətini bərpasına hazırdır”, - N.Paşinyan söyləyib.



Geri qayıt