“Vladimir Jirinovski doğrudan da, təlxək və tuladır” - Milli Məclisin komitə sədri

Rusiya siyasi dairələrində özünün məsuliyyətsiz çıxışları, qeyri- adekvat davranışları ilə siyasi təlxək kimi tanınan Vladimir Jirinovski yenə də sarsaqlamışdır. “Radio Komsomolskaya pravda” radiosuna verdiyi müsahibəsində yenə də qalmaqallı fikirlər söyləyən, müxtəlif ölkələrə böhtan atan, hədyanlar söyləyən bu siyasi avantyurist yenə də köhnəlmiş, imperiyapərəst fikirləri ilə gündəm yaratmağa çalışmşdır”.
Bu fikirləri deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev (Urud) feysbukdakı şəxsi səhifəsində yazıb.
Komitə rəhbəri qehyd edib ki, siyasi arenada olduğu 30 ilə yaxın bir müddətdə bir dənə də olsun ağıllı, öz ölkəsinə, qonşu dövlətlərə yönəlik faydalı bir fikir söyləməyən bu tip həmişə Rusiyanı dünya ilə üzbəüz qoymağa yönəlik çağrışları ilə radikal- ekstremist kəsimin marağına oynamaqla siyasi divident qazanmağa çalışmış, diqqət mərkəzində olmağı bacarıb: “Hətta ona deyilən “Kremlin təlxəyi” , yaxud “Kremlin tulası” ifadələrini özünün uydurduğu haqqında fikirlər də vardır. Belə ki, bu sərsəm sayıqlamaları ilə guya Rusiya dövlətinin maraqlarını ifadə edirmiş kimi siyasi gərəkli fiqur olduğunu cəmiyyətə sırımaq istəyir. Əslində, bu söz birləşmələrindəki “Kreml” sözünün Jirinovskiyə heç bir bağlılığı və aidiyyəti yoxdur. Kremlin sözünü açıq - aşkar, mərdi - mərdanə cənab Vladimir Putin deyir, və istənilən platformada da müdafiə edir. Hazırda Rusiyanın Kremlin sözünü, davranış və niyyətlərini ölkə içtimaiyyətinə və dünyaya çatdırmağı bacaqan onlarla alimi, politoloqu, filisofu, siyasətçisi, şərhçisi vardır ki, bunlarlarla müqayisədə Vladimir Jirinovski döğrudan da, təlxək və tuladır”.
M.Quliyevin sözlərinə görə, Jirinovskinin çıxışları son vaxtlar əslində, Rusiyaya olan etimadı sarsıtmağa yönəlib: “Jirinovskinin çıxışlarının və çağrışlarının əsas leytmotivi nədir? Neoimperializm, dini, etnik ayrı- seçkilik, türklərə və müsəlmanlara nifrət, Rusiyanın yaxın qonşularına ekspansiya , təcavüz, müharibə, tarixin saxtalaşdırılması, alternativ fikrə dözümsüzlük, təhqir və kobudluq. Dünyanın dəyişən reallıqlarını dərk etmək keyfiyyətlərini itirmiş bu siyasi kloun öz ölçü - biçisiz sayıqlamaları ilə hər şeydən əvvəl Rusiya dövlətinin ciddi imicinə və qonşuluq siyasətinə zərər verməkdədir. Əlbəttə, “it hürər, karvan keçər”, - deyiblər. Jirinovskinin indiyədək bizim ölkəmiz haqqında nə deməsinin bizim fəaliyyətimizə zərrə qədər də təsiri olmadığı kimi, son radio müsahibəsində də dövlətimiz və dövlət başçımız haqqında dediklərinin bir təlxəyin sirk arenasında söylədikləri qədər əhəmiyyəti yoxdur. Amma nə qədər ki, Jirinovski və onin kimi təlxək tulaların psixiatrik ekspertizası aparılmayıb və onların anlaqsızlığı barədə eksrpert qərarı ortada yoxdur, onların davaranışları “siyasi xuliqanlıq” kimi qiymətləndirilməlidir və adekvat tədbir görülməlidir. Bu gün Azərbaycan demoktatik dəyərlər və milli ənənələri üzərində inkişaf edən hüquqi dövlətdir, qonşuları ilə, o cümlədən Rusiya ilə dostluq və yüksək səviyyəli əməkdaşlıq münasibəti olan ölkədir və bölgədə əsas söz sahibi olan oyunçulardan biridir. Əgər ötən illərin arxivinə baxsaq Vladimir Jirinovski Azərbaycanda olarkən özünün bu fikirləri söylədiyini də görə bilərik”.
Komitə daha sonra bildirib: “Bəs Vladimiri dingildədən nədir? Psixiatrik durumu yerində olmayan şəxslərə aid özünü böyütmə maniyası, bağrı badaş olduğu erməni lobbisindən aldığı qonorarlar, Zəfər savaşımızdakı parlaq qələbəmizi həzm edə bilməmək ağrısı, yoxsa içində uzaq gənclik illərindən qalma türkə nifrət hissiyyatı? Hər halda bunun bizim üçün o qədər də önəmi yoxdur. 44 günlük Zəfər müharibəsində Azərbaycanın gücünü hər kəs gördü, Ali Baş Komandanın cəsarətinə və qabiliyyətinə hər kəs valeh oldu, Xalq+İqtidar+Ordu birliyindən yaranmış “Dəmir yumruq” oz tarix sözünü dedi. Və Jirinovski kimi əbləhlər də bilməlidirlər ki, onlar bundan sonrakı davranışlarında nə qədər də siyasi yekəbaşlıq etsələr belə “Dəmir yumruğ” u bir gün başlarının üzərində görəcəklər!”

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}