Azərbaycanın Müdafiə naziri Türkiyə tərəfinə başsağlığı verib
Şəffaflıq.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Başsağlığında deyilir: “ “Fərat Qalxanı” antiterror əməliyyatının aparıldığı bölgədə qardaş Türkiyə Silahlı Qüvvələrinə qarşı edilmiş xain terror hücumu nəticəsində şanlı türk ordusunun hərbi qulluqçularının həlak olması və yaralanması xəbəri məni dərindən kədərləndirdi.
Həlak olanlara uca Allahdan rəhmət diləyir, onların ailələrinə dərin hüznlə başsağlığı verir və səbr diləyirik. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm.
Allah rəhmət eləsin”.
Facebook-da paylaş