XİN məlumat yaydı
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, Ermənistan tərəfinin son zamanlar davamlı təxribatlara əl atması, Azərbaycan mövqelərini atəşə tutaraq bölgədəki vəziyyəti gərginləşdirmək cəhdləri qəbuledilməzdir və vəziyyətin bu şəkildə inkişafının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür. Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü müdafiə etmək, habelə bölgədə sülh və təhlükəsizliyi təmin etmək üçün bütün lazımi addımları atmaq hüququnu özündə saxlayır. Allah Şəhidimizə rəhmət eləsin.
Facebook-da paylaş