Ermənistan silahlı qüvvələri Kəlbəcərdə bölmələrimizə atəş açıb.-RƏSMİ
Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən verilən məlumata görə, Şəffaflıq.az xəbər verir ki, Ermənistan silahlı qüvvələri tərəfindən silahlı qüvvələrimizin mövqelərinə atəş açılması faktı öz təsdiqini tapıb. Açılmış atəş nəticəsində Azərbaycan silahlı qüvvələrinin şəxsi heyəti sırasında həlak olan və ya yaralanan yoxdur.
"Bu fakt bir daha onu sübut edir ki, Ermənistan tərəfi seçki öncəsi qəsdən iki ölkənin dövlət sərhədi istiqamətində vəziyyəti gərginləşdirmək və hərbi təxribatlar törətmək siyasətini davam etdirir.
Baş vermiş hadisəyə görə bütünM məsuliyyət Ermənistan tərəfinin üzərinə düşür", - deyə Azərbaycan Respublikasının Müdafiə Nazirliyindən bildirilib.
Facebook-da paylaş