Bakıda beş otaqlı fərdi yaşayış evi yanıb
Paytaxtda fərdi yaşayış evində yanğın hadisəsi baş verib.
Şəffaflıq.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhərinin Səbail rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 10 m² sahədə və dəhlizin lambirindən ibarət tavanı 2 m² sahədə yanıb. Yüksək temperaturdan dəhlizin 1 ədəd plastik pəncərə çərçivəsi və 1 ədəd kondisioner əriyib.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəbəri paylaş
Facebook-da paylaş