Seyid İbrahim Rəisi İlham Əliyevi Azərbaycan torpaqlarının işğaldan azad olunması münasibətilə təbrik edib”.
Şəffaflıq.az erməni mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Çiçəklənən Ermənistan” partiyasının parlament fraksiyasının katibi Arman Abovyan özünün “Facebook” hesabında yazıb.
“Düşünürəm ki, Azərbaycanın suverenliyinin və iki ölkənin ümumi sərhədlərinin bərpası prosesində yeni imkanlardan istifadə etmək lazımdır. Regionda əməkdaşlığın inkişafı, təhlükəsizliyin möhkəmlənməsi və stabillik də bura daxildir.
İranlıları isə günahlandırmayın. Sadəcə olaraq, onlar Ermənistanın hazırkı hökumətinin absurd davranış stilini xarici cəbhədə düzəldirlər”.
Facebook-da paylaş