Nigeriyada vəbadan ölənlərin sayı artır

 

Nigeriyanın paytaxtı Abucada 91 nəfərə vəba diaqnozu qoyulub, 7 nəfər epidemiyadan ölüb.

Şəffaflıq.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu paytaxtın Səhiyyə və İnsan xidmətləri katibi vəzifəsini icra edən Məhəmməd Kavu bildirib.

Beləliklə, ölkədə vəba epidemiyası səbəbindən həyatını itirənlərin sayı 296-ya çatıb.

Kavu xəstəliyinin göründüyü bölgələrə təcili tibbi yardım və tibbi vəsaitlərin göndərildiyini qeyd edib.

Yanvar ayından Nigeriyada 11 minə yaxın insana vəba diaqnozu qoyulub.

Ölkədəki təmiz su ehtiyacının qarşılana bilinməməsi, təcili və təsirli tibbi müdaxilənin təmin oluna bilinməməsi xəstəliyi və ölüm riskini artırır.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}