Dünyada koronavirusa yoluxanların sayı 5 milyon 105 mini ötdü

 

Dünyada koronavirusa yoluxan 2 035 000 nəfər sağalıb, 330 003 nəfər isə virusdan ölüb.

Şəffaflıq.az xəbər verir ki, indiyədək 5 105 000 nəfərdən çox insana COVID-19 diaqnozu qoyulub.

Ən çox yoluxma halları ABŞ (1 551 853), Rusiya (317 554) və Braziliyada (293 357) qeydə alınıb.

Qeyd edək ki, mayın 21-nə olan məlumata görə, Azərbaycanda indiyədək 3 631 nəfərə koronavirus diaqnozu qoyulub. Onlardan 2 253 nəfər sağalıb. Ölkəmizdə COVID-19-dan ölənlərin sayı 43 nəfərdir.

Azərbaycanla sərhəd ölkə olan Türkiyədə 152 587 nəfər yoluxub, 4 222 nəfər ölüb. İranda isə 126 949 nəfərə koronavirus diaqnozu qoyulub.

Son məlumata görə, bu ölkədə 7 183 nəfər pandemiyanın qurbanı olub. Qonşu ölkə Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 721-ə çatıb. Onların 485-i artıq sağalıb, 12-si isə vəfat edib.

Ermənistanda indiyədək 5 606 nəfərə COVID-19 diaqnozu qoyulub. Onlardan 2 581 nəfər sağalsa da, 70 nəfər ölüb.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}