Azərbaycanda "Ağıllı kənd"lərin yaradılması üçün yeni strukturların təşkili təklif edilir
Şəffaflıq.az xəbər verir ki, bu barədə Dünya Bankının Azərbaycanda "ağıllı kəndlər"in yaradılması üzrə təhlil üçün çərçivə və yol xəritəsində qeyd edilib.
İdarəetmə quruluşu və müxtəlif dövlət qurumlarının rolları aşağıda ətraflı şərh olunur:
Milli səviyyədə “ağıllı kənd” mərkəzi qrupunun vəzifələri bunlardan ibarət olacaq: prioritet coğrafi ərazilərin müəyyənləşdirilməsi, büdcə bölgüsü, ortaqlıqlar və ittifaqlar, ümumi proqram monitorinqi.
Klaster və rayon səviyyəsində klaster inkişaf və idarəetmə qrupu Klaster İnkişaf Planlarının və Müfəssəl Layihə Hesabatlarının müəyyənləşdirilməsi və işlənib hazırlanması üzrə məsul olacaqdır.
Rayon səviyyəsində proqram idarəetmə qrupu rayonun bütün kəndlərində proqramın həyata keçirilməsinə və monitorinqə nəzarət etmək üçün rayon icra hakimiyyəti və müvafiq nazirliklərin nümayəndələrindən ibarət olmaqla yaradılacaqdır. Bu qrup eyni zamanda nəzərdə tutulan proqram nəticələrinin əldə olunması üçün layihə icra qrupunun texniki potensialını artıracaq.
Kənd səviyyəsində ağıllı kənd komitəsi hər kənddə proqramın icrasına nəzarət etmək və hesabatlılığı təmin etmək üçün yaradılacaq. Bu komitəyə kənd icra hakimiyyətinin nümayəndəsi və kənddəki bələdiyyə nümayəndəsi rəhbərlik edəcək və hər kənddən yerli sahibkarlar, gənclər, qadınlar, fermerlər və nüfuzlu şəxslər daxil olmaqla 10-15 üzvdən ibarət olacaq. Komitə layihənin əvvəlində ehtiyacların qiymətləndirilməsinə yardım etmək, potensialın artırılmasına dəstək vermək və gündəlik fəaliyyətləri əlaqələndirmək üçün icmaları səfərbər etmək üzrə məsul olacaqdır.
Bu sənəddə "Ağıllı kənd"lərin İnkişafı Proqramının icrası üzrə müfəssəl plan təqdim edilməsə belə, yuxarıda göstərilən fəaliyyətlərin yerinə yetirilməsi zamanı nəzərə alınmalı ümumi mərhələləri ehtiva edir. İlkin olaraq proqramın milli səviyyələrdə, kəndlərə qədər konseptuallaşdırılması və həyata keçirilməsinə dair institusional tənzimləmələrin işlənib hazırlanmasına ehtiyac var.
"Prioritet sahələrin müəyyənləşdirilməsi və hər bir sahə üzrə ətraflı məlumat təhlilinin aparılması üçün texniki çərçivənin hazırlanması və aşağıdan yuxarıya planlaşdırma prosesləri ilə birləşdirilməsi zəruridir. Planlaşdırma və icra üçün potensial yaradıldıqdan dərhal sonra ağıllı kənd yanaşmalarının uğurlu tətbiqi məqsədi ilə əlverişli mühitin yaxşılaşdırılması üçün böyük investisiyalar edilə bilər. Bu, gələcək investisiyalarda müvəffəq olma ehtimalını artırmaq üçün bütün hədəf qrupların eyni "Ağıllı kənd" hazırlıq səviyyələrinə gətirilməsinə yönəldilməlidir. Bir sıra siyasət, texniki yardım, təhlil, investisiya və tərəfdaşlıq mexanimzlərindən istifadə edərək yerli səviyyədə inkişafa innovativ yanaşmaların işlənib hazırlanması və təşviqi üçün sistem yaradılmalıdır", - hesabatda bildirilir.
Facebook-da paylaş