ÜST-dən koronavirusun yeni növləri barədə XƏBƏRDARLIQ


 

Dünyada koronavirus infeksiyasının yeni ştammları meydana çıxmağa və yayılmağa davam edəcək.

Şəffaflıq.az məlumat verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosunun nümayəndəliyindən xəbərdarlıq edilib.

Bildirilir ki, bu baxımdan prioritet vətəndaş qruplarının peyvənd edilməsini təmin etməklə yanaşı, COVID-19-u ehtiva edən tədbirlərə əməl etmək lazımdır.

ÜST nümayəndəsi koronavirusun yeni variasiyalarının yayılması fonunda səhlənkarlığın Avropada yeni halların yayılmasına səbəb ola biləcəyini söyləyib.

“İnsanların bu pandemiyadan bezdiklərini başa düşürük, amma hələ bitmədiyi üçün sayıqlığımızı itirməməliyik”, - deyə ÜST nümayəndəsi əlavə edib.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}