“Şimal-1” Elektrik Stansiyası təmir edildi: 20 meqavat “itirilmiş” güc bərpa olunub
20 il əvvəl istismara verilən Bakının Şüvəlan qəsəbəsində yerləşən 400 meqavatlıq “Şimal-1” Elektrik Stansiyasının qaz turbininin rotoru dəyişdirilməklə əsaslı təmir edilib.
“Azərenerji” ASC-dən verilən məlumatda bildirilir ki, 100 ton çəkisi olan rotor dəyişdirildikdən sonra köhnə rotor modifikasiya üçün təmirə göndəriləcək.
Bundan başqa, stansiyanın sahil nasosxanasındakı nasosların və fırlanan torların dəyişdirilməsi, qazanların daxili izolyasiya örtüyünün yenilənməsi və digər işlər həyata keçirilib.
Əsaslı təmir zamanı sistemin stabilliyi funksiyalı yeni nəsil ikikanallı təsirlənmə qurğusu ilə əvəzlənib. Əgər bundan sonra bir kanal sıradan çıxarsa, avtomatik ikinci kanal işə düşəcək. Görülmüş işlər nəticəsində “Şimal-1” Elektrik Stansiyasında 20 meqavat “itirilmiş” güc bərpa edilib.
“Azərenerji” ASC “Şimal-1” Elektrik Stansiyasından sonra “Şimal-2” Elektrik Stansiyasının işləmə saatına uyğun olaraq yanma kameralarının da təftiş işini aparılıb. Beləliklə, ümumi qoyuluş gücü 800 meqavat olan “Şimal” Elektrik Stansiyası optimal vəziyyətə gətirilib.
Şəffaflıq.az
Facebook-da paylaş