Türkiyə və Azərbaycan minatəmizləyənləri birgə təlimlər keçiriblər

 Müdafiə Nazirliyi Cəbrayıl rayonuna mediatur təşkil edib.

Şəffaflıq.az-ın məlumatına görə, mediaturun məqsədi Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin mühəndis istehkamçılarının iğaldan azad olunan ərazilərdə minatəmizləmə əməliyyatları ilə tanışlıq olub.

Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov jurnalistlərə bildirib ki, media nümayəndələrinin ərazidə daha dəqiq, təhlükəsiz informasiya hazırlamaq və çəkilişlər etmək üçün bütün lazımi tədbirlər görülüb: "Mediatur zamanı jurnalistlərin daha dolğun və ətraflı məlumat əldə etmələri, daha dəqiq və təhlükəsiz çəkilişlər aparmalıarı üçün ərazidə əvvəlcədən xüsusi keçid dəhlizləri hazırlanıb. Media nümayəndələri bu dəhliz vasitəsi ilə minatəmizləmə və partlamamış hərbi silah-sursatların zərərsizləşdirlməsi prosesini yaxından izləyə biləcək və daha dəqiq çəkilişlər edəcəklər".

A.Eyvazov əlavə edib ki, Türkiyə Silahlı Qüvvələrinin mühəndis istehkamçıları işğaldan azad olunan ərazilərdə Türkiyənin minatəmizləmə metodundan istifadə edirlər: "Ərazilərin minadan təmizlənməsi sahəsində Türkiyə metodlarının xüsusi yeri var. Buna görə də Azərbaycan ərazilərində bu meütoddan istifadıə edilir. Türkiyə metodunda istehkmaçı mühəndis ərazidə 20 dəqiqə fəaliyyət göstərir və onun yarım qalan işini növbəti 20 dəqiqə ərzində digər həmkarı davam etdirir".


Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}