General Hikmət Həsənov: "Qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib"
Şəffaflıq.az-ın xəbərinə görə, mediatur çərçivəsində KİV nümayəndələrinə işğaldan azad edilən Ağdam rayonu ərazisində inşa edilən məntəqə, bu məntəqədə əsgərlərin sosial məişət xidmətinin yaxşılaşdırılması üçün görülən işlərlə bağlı məlumat verilib.
Birinci Ordu Korpusunun komandiri, general-mayor Hikmət Həsənov jurnalistlərə açıqlamasında bildirib ki, yeni yaradılan şəraitlər dövlətin diqqət və qayğısının nümunəsidir.
O qeyd edib ki, görülən işlər çərçivəsində qoşunların 90 faizi müasir tipli yaşayış kompleksi ilə təmin edilib: "Bu sahədə aparılan işlər sistemli şəkildə ardıcıl olaraq davam etdirilir".
Facebook-da paylaş