AZPROMO üçtərəfli əməkdaşlığa dair memorandum imzaladı


 

Bu gün ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID), Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) arasında işgüzar görüş keçirilib.

AZPROMO-dan verilən məlumata əsasən, görüşdə çıxış edən USAID-in Azərbaycan üzrə missiyasının direktoru Caydev Sinqx və USACC İdarə Heyətinin sədri Reza Vəziri Azərbaycan və ABŞ arasında ticarət əlaqələri barədə məlumat verib, üçtərəfli əməkdaşlığın ABŞ və Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyini vurğulayıb, qarşılıqlı ticarət və investisiya əməkdaşlığının inkişaf perspektivləri barədə fikirlərini bölüşüblər.

AZPROMO-nun rəhbəri Yusif Abdullayev Azərbaycanda biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması sahəsində həyata keçirilən islahatlar haqqında məlumat verib, təmsil etdiyi qurumun fəaliyyəti, xarici investorların cəlb edilməsi istiqamətində gördüyü işlərdən danışıb.

Görüş çərçıvəsində də USAID, AZPROMO və USACC arasında üçtərəfli əməkdaşlıq haqqında memorandum imzalanıb.

Sənəddə Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsullarının yeni bazarlara çıxarılması və təşviqi işlərinin aparılması, Azərbaycan iqtisadiyyatına xarici sərmayə yatırımının genişləndirilməsi məsələləri əksini tapıb.


Şəffaflıq.az

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}