Başqa mühitə daxil olmaq, Azərbaycanın mədəni sərvətlərini, habelə multikultural ənənələrini müşahidə etmək hər kəs üçün maraqlıdır. Şəffaflıq.az xəbər verir ki, bunu Ukraynanın Azərbaycandakı səfiri Vladislav Kanevskiy Kiyev şəhərinin turizm potensialına dair Bakıda keçirilən təqdimatdan sonrakı mətbuat konfransında bildirib.
“Yalnız Bakı deyil, ümumiyyətlə, Azərbaycan ukraynalı turistlər üçün çox maraqlıdır. Onlar pandemiyadan əvvəl buraya çox gəliblər. Elə mən də burada işlədiyim bir il ərzində bütün bölgələrdə oldum. Görünür, Azərbaycanın ən nadir xüsusiyyəti dünyada mövcud olan 11 iqlim qurşağının 9-un burada olmasıdır. Odur ki, qısa müddət ərzində tamamilə başqa bir mühitə daxil olaraq, ölkənizin bu müxtəlifliyini, zənginliyini, həmçinin multikultural ənənələrini görmək çox maraqlıdır” – deyən diplomat müasirliklə Şərq ənənələrini birləşdirən Bakı və mədəni xüsusiyyətlərə malik ayrı-ayrı bölgələrin ukraynalılar üçün maraq kəsb etdiyini vurğulayıb.
Facebook-da paylaş