Vladimir Putin: SSRİ heç vaxt 4 adanı vermək istəməyib .
Nə Sovet İttifaqı, nə də Rusiya Cənubi Kurilin 4 adasının Yaponiyaya verilməsinə heç vaxt razı olmayıb.
Şəffaflıq.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin beynəlxalq informasiya agentliklərinin rəhbərləri ilə görüşündə deyib.
“Yaponiyanın mövqeyi 1956-cı ildən başlayaraq tez-tez dəyişdi. Həmin vaxt iki adadan söhbət gedirdi. Sonra sizin və yaponların təşəbbüsü ilə bu danışıqları bitirdik. Sonra yenidən yapon tərəfinin istəyi ilə danışıqları bərpa etdik. Yenə də yapon tərəfinin mövqeyi dəyişdi və bu dəfə 4 adadan söhbət gedirdi. Amma Rusiya və Sovet İttifaqı bununla heç vaxt razılaşmayıb”, - Putin bildirib.Axar.az
Xəbəri paylaş
Facebook-da paylaş