Azərbaycanda iyunun 10-dan məscidlər açılır

İyunun 10-dan İbadət yerlərinin fəaliyyətinə icazə veriləcək.
Şəffaflıq.az xəbər verir ki, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın mayın 25-də keçirilən brifinqində deyib.
Onun sözlərinə görə, müvafiq məhdudlaşmalar nəzərə alınmaqla açılma olacaq: "Təbii ki, yenə də maska, məsafə və say hədlərində məhdudiyyətlər olacaq".

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}