Azərbaycan yol infrastrukturuna iqlim dəyişikliyinin təsiri dəyərləndirildi

 

Azərbaycan hökuməti yolları təkmilləşdirmək, yol hərəkətinin təhlükəsizliyini artırmaq üçün yüksək texniki standartlar tətbiq etmək niyyətindədir.

Şəffaflıq.az xəbər verir ki, ölkənin yol infrastrukturunun vəziyyətinə dair Dünya Bankının araşdırmasına əsasən, “Regional əlaqələr və inkişaf” (Regional Connectivity and Development) layihəsi çərçivəsində tikintisi nəzərdə tutulan Salyan – Biləsuvar avtomobil yolu boyu əraziyə dair iqlim dəyişikliyi və təbii fəlakətlərin fəsadları dəyərləndirilib.
Araşdırma nəticəsində sözügedən bölgədə qarşıdakı 50 il ərzində yağıntı miqdarının və beləliklə də daşqın ehtimalının artması, habelə meşə yanğınlarına səbəb ola biləcək havaların da 50 faiz ehtimala malik olması müəyyənləşdirilib. Bütövlükdə adıçəkilən amillərin yol infrastrukturuna təsiri məhdud olaraq dəyərləndirilib.
2018-ci ildə Azərbaycanda 2019-2023-cü illərdə yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı təsdiqlənib. Bununla yanaşı, Avropa Yenidənqurma və İnkişaf Bankı, eləcə də Asiya İnkişaf Bankı ikinci dərəcəli və yerli yollara servis xidməti, yol agentlikləri işçilərinin ixtisas təkmilləşdirilməsi kimi bir sıra istiqamətlərə dair texniki yardım üçün vəsait ayırıb.
Bununla yanaşı, yol hərəkətinin təhlükəsizliyilə bağlı tədbirlər görməyin vacibliyi qeyd olunur: “Azərbaycanda hazırda ölümlə nəticələnən yol qəzalarının sayı regionun bir çox ölkələrindəkindən daha artıqdır. Yol infrastrukturuna dövlətin böyük vəsait ayırması hərəkətin daha səmərəli idarə olunması baxımdan nəticələr verdi. Bu, son illər yol qəzalarının azalması baxımdan mühüm töhfə versə də, bundan sonra da vəziyyəti təkmilləşdirmək zəruridir”.
Qeyd edək ki, Dünya Bankı 2001-ci ildən bəri Azərbaycanda böyük avtomobil yollarının yenidən qurulmasına dair üç layihənin icrasına 1,1 milyard dollara yaxın vəsait ayırıb. “Regional əlaqələr və inkişaf” layihəsinə isə 65 milyon dollarlıq kredit ayırmaq nəzərdə tutulur.

Xəbəri paylaş


Facebook-da paylaş


{sape_links}{sape_article}